banner
banner

Dünya

Ukrayna Saakaşvilinin ölkəni necə tərk etməsini araşdırır

Ukrayna Saakaşvilinin ölkəni necə tərk etməsini araşdırır

Ukraynanın Dövlət Sərhəd Xidməti Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin ölkədən necə getməsini araşdırmağa başlayıb.

Cia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sərhəd bazasında Saakaşvilinin ölkəni tərk etməsi ilə bağlı heç bir məlumatın olmadığı məlum olub.

Bildirilir ki, Saakaşvili ölkə sərhədini qanunsuz şəkildə tərk edib. Belə ki, ilkin ehtimallara görə, Mixail Saakaşvili sərhədi dəniz vasitəsilə bərə ilə keçib.

 

Qeyd edək ki, Mixail Saakaşvilinin Gürcüstan ərazisinə qanunsuz yolla keçməsinə kömək edən daha iki nəfər saxlanılıb. Saxlanılanlar Poti sakinləri olan ata və oğuldur. Bundan əvvəl isə Saakaşvilinin Tbilisidə gizləndiyi evin sahibi saxlanılıb.

Xatırladaq ki, oktyabrın 1-də 8 ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili saxlanılıb. Onun Tbilisi yaxınlığındakı Rustavi həbsxanasında saxlanıldığı bildirilir.

Saakaşvili parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin öldürülməsi işi üzrə məhkəmənin üç instansiyası tərəfindən təqsirli bilinir.

Bu yaxınlarda Baş nazir İrakli Qaribaşvili Saakaşviliyə qarşı kəskin ittihamlar irəli sürüb. Hökumət rəhbərinin sözlərinə görə, Saakaşvili və onun komandası ölkədə iğtişaşlara səbəb olmaq və ölkə hakimiyyətini bunda günahlandırmaq məqsədilə gürcü müxaliflərin qətlə yetirilməsini planlaşdırıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.