Tanınmış türk müğənnisi Demet Akalın bakıda. Cia.az-ın məlumatına görə, ifaçı paytaxtda konsert proqramı ilə çıxış etmək üçün ölkəmizə gəlib. İfaçını Bakı səfərində həyat yoldaşı da yalnız qoymayıb. Ötən gecə Bakıya gələn ifaçı yaxınları ilə konsertdən öncə Bakıda gəzib. O, gəzinti fotosunu İnstagram səhifəsində yerləşdirib. Akalın fotonu "Baku sokakları" adı ilə paylaşıb. Xatırladaq ki, müğənni bu gün Bakıda konsert proqramı ilə çıxış edəcək. D.Akalının konserti Heydər Əliyev sarayında baş tutacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.