banner
banner

Gündəm

Əgər bütün bunlar ABŞ-dan kənarda baş versəydi...

Əgər bütün bunlar ABŞ-dan kənarda baş versəydi...

ABŞ-ın nüfuzlu "Washington Post" nəşrinin redaktorlarından biri Karen Attiah Baltimor hadisələri ABŞ-dan kənarda baş versəydi, Qərb KİV-lərinin onu necə işıqlandıracağı barədə məqalə yazıb.
Müəllif yazır: “Beynəlxalq liderlər Amerikada, xüsusilə, etnik azlıqlara qarşı irqçilik və dövlət zorakılığının artması, eləcə də polis zorakılığı ilə əlaqədar müraciət zamanı hüquq-mühafizə orqanlarında korrupsiya barədə narahatlıqlarını bildirərdilər”.

Məqalədə deyilir ki, dövlətin təhlükəsizlik qüvvələrinin nümayəndələri ağdərili əhalinin nümayəndələri ilə müqayisədə etnik azlıq olan qaradərili amerikalıları daha çox öldürürlər: “Polis ağdərili amerikalı kişilərlə müqayisədə 21 dəfə artıq ehtimalla gənc qaradərili amerikalı kişiləri daha çox güllələyəcək”.

K.Attiah qeyd edir ki, Böyük Britaniya son bir neçə ayda Amerikada hadisələrin təhlükəli tərəfə istiqamət alması ilə bağlı narahatlığını bildirib: “Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “biz Amerika rejimini yerli etnik qrupların üzvləri ilə kobud rəftar edən dövlət təhlükəsizlik agentlərinin "ipini çəkməyə" çağırırıq. Bütün vətəndaşlara, qaradərili və ağdərililərə qarşı qanunun aliliyi və insan haqlarına hörmət prinsiplərinin bərabər tətbiqi sağlam demokratiya üçün böyük önəm kəsb edir. Böyük Britaniya keçmiş koloniyadakı kimi Amerikada maraqlarını həmişə dəstəkləyib”.

O yazır ki, Fələstin Amerikanın müxtəlif şəhərlərində polis zorakılığına etiraz edənlərə gözyaşardıcı qaz əleyhinə xüsusi komplektlər göndərməklə amerikalı demokratik fəallara köməyini təklif edib: “Misirin demokratik qrupları da bəyan ediblər ki, ABŞ etirazçıları ilə təcrübələrini bölüşmək niyyətindədirlər”.

Məqalədə bildirilir: “BMT-nin bəyanatında deyilir ki, “təşkilat Amerikada son aylar müşahidə edilən polisin hərbiləşməsini və zorakılığını qınayır və ABŞ-ın dövlət təhlükəsizlik qüvvələrini Baltimorda Freddi Qreyin ölüm faktı üzrə dəqiq araşdırma aparmağa təkidlə çağırır”.

Müəllifin sözlərinə görə, beynəlxalq analitiklər müəyyən texnologiya üzrə qızışdırılan “Amerika baharı”nın başlanmasını proqnozlaşdırır: “Beynəlxalq hüquq-mühafizə qrupları Amerikanın qaradərili etnik azlıqları üçün sığınacağın verilməsi prosesini asanlaşdırmaq məqsədilə dünya ictimaiyyətinə müraciət ediblər. Avropa İttifaqının insan haqları üzrə mətbuat katibi “Avropa İttifaqı ABŞ-da həyatları ilə risk edən və dövlətin zorakılığından qaçan qaradərili qaçqınları öz ərazisində yerləşdirməyə hazırdırmı” sualına cavabında deyib: “Daha çox qaradərili qaçqın?” Bizim başımız öz böhranımıza qarışıb, ona görə də bunun üçün heç də uğurlu vaxt deyil. Bundan başqa, inanırıq ki, amerikalılar problemi öz gücləri hesabına həll edəcəklər. Amerikalı məmurlar dövlət KİV-lərinə təzyiq göstərərək etirazçıları quldurlar adlandırırlar”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.