banner
banner

Gündəm

Qənirə Paşayeva Kerrini ifşa etdi

Qənirə Paşayeva Kerrini ifşa etdi

"Bu adam hər zaman ədalətin deyil ədalətsizliyin, erməni yalanlarının və Ermənistanın işğalçılığının yanında olmuş bir şəxsdir".
Cia.az-ın məlumatına görə, bu sözləri millət vəkili Qənirə Paşayeva "Facebook" statusunda bildirib.
Qənirə Paşayevanın "Facebook" statusunu olduğu kimi təqdime edirik: 
"Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı qarayaxma kampaniyasının ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə olunması barədə mətbuatda məlumat yayılıb. Ondan və ofisindən bundan başqa daha nə gözləyə bilərdik ki? Bu adam hər zaman ədalətin deyil ədalətsizliyin, erməni yalanlarının və Ermənistanın işğalçılığının yanında olmuş bir şəxsdir. Bilməyənlər üçün dostların hazırladığı bəzi qısa arayışı təqdim edim.

1. Con Kerri “Azadlığa dəstək aktı”na 1992-ci ildə edilən 907-ci düzəlişin müəllifidir. O şəxsin sayəsində Azərbaycana edilən yardımlar uzun müddət saxlanıldı və Ermənistanla yanaşı işğal olunan Qarabağdakı separatçı yardımlar edildi. Hal-hazırda dondurulmuş olsa da 907-ci düzəliş istənilən zaman təyziq kimi əllərində bir vasitədir.

2. Con Kerri- Senatda erməni dəstək qrupunun üzvüdür, xarici əlaqələr komitəsinin sədri kimi o dəfələrlə ermənilərin maraqlarına cavab verən mövqe nümayiş etdirib. 

3. Con Kerri-Ramil Səfərov azad ediləndə dərhal bəyanat vermiş və Azərbaycan dövlətini ittiham etmişdir.

4. Con Kerri-Senatda Ermənistan üçün daimi ticarət tərəfdaşı statusunu nəzərdə tutan 1557 saylı layihənin müəllifidir.

5. Con Kerri-2004-cü ildə uydurma erməni soyqrımın bütün dünyada tanınması üçün dövlət başçılarına müraciət etmişdir.

6. Con Kerri - dövlət katibi təyin olunarkən bəzi ölkələrin mediası “ermənipərəst dövlət katibi” manşeti ilə çıxdı.

7. Con Kerri - ilk dəfə “Dağlıq Qarabağ respublikası” sözün işlədən yeganə yüksək rütbəli dövlət adamıdır.

Bu adamdan və onun ofisindən ümumiyyətlə ədalət gözləmək mümkünsüzdür. Sona qədər erməni doasporu, lobbisinin yanında olacak və o tək deyil. Azərbaycan əleyhinə çalışan belələrini yaxşı tanıyırıq. Bizim üçün ən əsası onlara dəstək verən sapı özümüzdən olan baltaların olmamasıdır. Belələri anlamalıdırlar ki, bu kimi adamların tək dərdi Azərbaycanı əleyhinə fəaliyyətdir və sapı özümüzdən olan bəzi baltalar isə sadəcə onlara istifadə etmək üçün lazımdır. Sonra atacaqlar. Dünyanın hər yerində yaşayan azərbaycanlılar ölkəmizi, ölkəmizdə keçiriləcək ilk Avropa oyunları ilə bağlı daim fəal təbliğat aparmalı, Azərbaycan əlehdarlarına imkan verməməlidir. Və mən inanıram ki, inşallah bu oyunlar ölkəmizdə ən yüksək səviyyədə keçiləcək və yüksək səviyyədə qiymətləndiriləcək".

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.