Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti və yenidənqurma işləri sürətlə davam etdirilir. Müdafiə Nazirliyindən Cia.az-a verilən məlumata görə, Ali Baş Komandanın tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrdə aparılan əsaslı tikinti işlərinin gedişatı ilə maraqlanıb. Nazirliyin rəhbərliyi əvvəlcə hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə tam təmin edilmiş ailəli hərbi qulluqçular üçün inşa edilən mənzillərə baxış keçiriblər.
Sonra inşası davam etdirilən müasir tipli qərargah binası, əsgər yeməkxanası, kazarma, subay hərbiçilər üçün yataqxana kompleksi, qazanxana-camaşırxana və digər inzibati obyektlərdə olan müdafiə naziri işlərin qısa müddətdə sona çatdırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.