banner
banner

Sosİal

Abituriyentlərin nəzərinə! İmtahandan əvvəl...

Abituriyentlərin nəzərinə!

İmtahandan əvvəl şokolad yemək diqqəti pozur. İmtahan ərəfəsində həyəcan keçirən abituriyentlər üçün sağlam qidalanma tövsiyələri təqdim edirik.

İmtahan günlərindən əvvəl sağlam bəslənmək şagirdlərin motivasiyası və uğur qazanmasında mühüm rol oynayır. Zehni açan möcüzəvi bir qida tapılmasa da, düzgün qida seçməklə uğuru artırmaq mümkün olur. Bundan başqa imtahandan əvvəl motivasiyanı azaldan və stressi artıran qidalara diqqət etmək lazımdır. İmtahan ərəfəsində şagirdlər yorğunluq, halsızlıq, yuxusuzluq və stresslə bərabər, mədə bulantısı, baş gicəllənməsi, kilo alıb-vermə kimi problemlər yaşayır. Ancaq düzgün və nizamlı bəslənmə ilə bu problemlərin qarşısını almaq mümkündür.

Kofein imtahan stressini artırır

Çox kofein, “fast food” qidaları, asitli içkilər imtahan stressini artırıb pis nəticələrə yol aça bilər. İmtahandan əvvəl rahat yuxu üçün melisa, çobanyastığı çayları için. Çox maye qəbul etməyin.

Çox şokolad diqqəti poza bilər

Diqqəti artırmaq üçün qidalanmada qoz, yaşıl yarpaqlı tərəvəzlər, zeytun yağı, qırmızı ət, bəhməz, yaşıl bibər, kivi, portağal, quş burnuna xüsusi yer vermək lazımdır.

Yağlı və şirin qidalardan qaçın

İmtahandan əvvəl çoxlu yağlı və şirin yeməklərin yeyilməsi bağırsaq hərəkətlərinin pozulmasına səbəb olur. Bir gün əvvəl qaz problemi yaradacaq quru paxla, kələm, kərəvəz, bulğur plovu, mərci kimi qidalardan uzaq durmaq lazımdır. Susuzluğa səbəb olacaq kolbasa, duzlu çubuq krakerlərdən uzaq durun.

Səhər yeməyi müsbət təsir edir

Beyin qan şəkəri ilə çalışır və səhər oyandığımızda qan şəkərimiz enmiş vəziyyətdə olur. Çox enmiş qan şəkəri imtahan verən uşağın diqqətinə mənfi təsir edə bilər. Yuxu halı gətirir. Səhərlər süd, kəpəkli çörək, yumurta, bəhməz, yulaf əzməsi yeyilə bilər.

Qidalanma vərdişlərinin kənarına çıxmayın

Bədənin əks reaksiya verəcəyi yeməklər yeyilməməlidir. Zəhərlənmə ehtimalı olduğu üçün bayırda yeməkdən çəkinin.

İmtahan səhəri üçün ideal yemək menyusu:

1-2 dilim tam buğda çörəyi

1 dilim pendir

1 qaynamış yumurta

1 qoz və ya 5-6 ədəd badam

4-5 ədəd zeytun

1 çay qaşığı bəhməz və ya 1 pors meyvə

Pomidor, xiyar

1 stəkan meyvə suyu

6-7 qaşıq yulaf

1 stəkan süd

1 pors meyvə, yaxud quru meyvə

2-3 qoz

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.