Türkiyənin tanınmış aktrisası Nebahat Çehre illər sonra modellik edib.
Cia.az xəbər verir ki, o, yerli geyim markalarının biri üçün kamera qarşısına keçib. Aktrisa payız-qız kolleksiyasını təqdim edib. Fotoların müəllifi Nihat Odabaşıdır.
Çehre ərsəyə gələn fotoları sosial şəbəkə hesablarında paylaşıb. Onun yeni işi izləyicilərinin böyük marağına səbəb olub.
Qeyd edək ki, təbii gözəlliyi ilə daim özünə heyran edən N. Çehre 1960-cı ildə Türkiyə gözəli seçilib və qısa müddət model kimi çalışıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.