banner
banner

Dünya

Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib - FOTO

Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib

Gürcüstanın Azərbaycandakı səfirliyində matəm günü ilə əlaqədar bayraq endirilib.

Cia.az-ın xəbərinə görə, səfirlikdə Batumidə yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində həlak olanların xatirəsi yad edilib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze həlak olanların yaxınlarına başsağlığı verib, Azərbaycan hökumətinə və xalqına Gürcüstana göstərdikləri dəstəyə görə təşəkkür edib.

“Bu faciə bütün Gürcüstanı kədərləndirdi. Gürcüstan üçün bu çətin günlərdə bizə başsağlığı verən və bizim kədərimizi paylaşan hər kəsə minnətdarıq. Azərbaycan Respublikasının rəsmilərinə və sıravi vətəndaşlarına göstərdikləri dəstəyə və bizim kədərimizi paylaşdıqlarına görə təşəkkür edirəm”, - diplomat vurğulayıb.

Xatırladaq ki, oktyabrın 8-də Batuminin 26 May küçəsində yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində üçü azyaşlı olmaqla 9 nəfər həlak olub, bir nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəyə binanın birinci mərtəbəsində təhlükəsizlik qaydalarının pozulması ilə aparılan təmir-bərpa işlərinin səbəb olduğu açıqlanıb. Faktla əlaqədar 3 nəfərin saxlanıldığı bildirilib. Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin imzaladığı qərarla oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.