Nigeriyada hərbçilər tərəfindən 234 qız və qadın "Boko Haram" ekstremist qruplaşmasının girovluğundan azad edib. Əməliyyat ölkənin şimal-şərqində yaraqlıların möhkəmləndiyi Sambis meşə rayonunda aparılıb. Bununla da həftə ərzində islamçıların əsirliyindən azı 677 qadın və uşaq azadlığa çıxıb. Nigeriya hökumət nümayəndələri bildiriblər ki, terror təşkilatının düşərgələrindən birinə hücum zamanı bəzi girovlar hərbçilərə atəş açıblar. Xilas edilmiş qadınlar tibbi müayinədən keçirilir, onlardan bəziləri hamilədir, bəziləri isə psixoloji zədə alıb.
"Amnesty İnternational"ın hesablamasına görə, 2014-cü ilin əvvəlindən terrorçu qruplaşma təqribən 2 min qızı və qadını əsir götürüb. Son 6 ildə "Boko Haram"ın hücumları nəticəsində Nigeriya və qonşu ölkələrdə 13 minədək insan ölüb, yarım milyon insan didərgin düşüb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.