Bir həftədən sonra toyu olacaq tanınmış teleaparıcı Elgiz Əkbər media nümayəndələrini toyuna buraxmayacaq. Məşhur aparıcı açıqlamasında, toyun qapalı şəkildə keçiriləcəyini deyib: "Günlərdir jurnalistlər zəng vurub toyda çəkiliş aparmaq istədiklərini bildirirlər. Jurnalistlərin hər birinə böyük hörmətim var, çoxları ilə də dostam. Amma məni üzrlü hesab etsinlər, toyum media üçün təmamilə qapalı şəraitdə keçiriləcək. Qonaqlarımın rahatlığı naminə bu qərarı vermişəm. Dəvət olunanlar arasında tanınmış simalar az deyil, onların mənim məclisimdə sıxılmalarını istəmirəm. Toya gələcək hər kəs mənim əziz qonağımdır, istəmirəm özlərini narahat hiss etsinlər". Xatırladaq ki, ANS TV-nin "Adam içində" verilişinin aparıcısı Elgiz Əkbərin toyu 9 mayda olacaq. Elgiz bəy sevib-seçdiyi Əsmər adlı xanımla ailə həyatı quracaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.