banner
banner

Gündəm

İrəvanda yeni Qarabağ şoku- FOTO

İrəvanda yeni Qarabağ şoku-

Ermənistanın populyar portallarından olan “Lragir”də bu gün dərc olunmuş xəritədə Azərbaycanın ərazi bütövlüyü təsdiq edilir. 
Şərhçi İqor Muradyanın Türkiyə və İran münasiöbətlərinə həsr edilmiş məqaləsinə aid şəkil kimi yerləşdirilmiş xəritədə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi göstərilir. Bu, Ermənistandakı ənənəvi yanaşmadan köklü şəkildə fərqlənir. Çünki əksər erməni portallarında Dağlıq Qarabağ və işğal edilmiş digər rayonları Ermənistanın bir hissəsi kimi göstərirlər. 
İqor Muradyanın məqaləsində daha bir məqam diqqəti çəkir. O, İranla Türkiyənin sərhədinin 1639-cu ildən dəyişmədiyini irəli sürür. Beləliklə, Muradyan əksər erməni politoloqlardan fərqli olaraq Azərbaycanın dövlət müstəqilliyinin tarixiliyini qəbul edir. 

Əksər erməni politoloqlar isə Cənubi Qafqazda 1828-ci ilə qədər mövcud olmuş xanlıqları İranın tərkib hissəsi sayırlar və Azərbaycan dövlətçiliyinin yalnız 1918-ci ildə yarandığını iddia edirlər. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.