banner
banner

Dünya

“Taliban”ın nümayəndə heyəti Türkiyədə səfərdədir

“Taliban”ın nümayəndə heyəti Türkiyədə səfərdədir

“Taliban” hərəkatının nümayəndə heyəti Ankaraya rəsmi səfər edib.

Cia.az xəbər verir ki, bu barədə məlumatı “Taliban” hökumətinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Abdul Qahar Balkhi açıqlayıb.

Onun sözlərinə görə, nümayəndə heyətinə “Taliban” hərəkatının xarici işlər naziri vəzifəsini icra edən Əmir Khan Muttaqi başçılıq edir.

 

Qeyd olunur ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi dəvəti əsasında həyata keçirilir. 

“Nümayəndə heyəti Türkiyənin yüksək vəzifəli nümayəndələri ilə qarşılıqlı maraq doğuran məsələlər barədə danışıqlar aparacaqlar. Münasibətlərin yaxşılaşdırılması, ticarət, humanitar yardım, miqrasiya və avianəqliyyat sahələrində əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçiriləcək”, - deyə Balkhi öz tviter hesabında qeyd edib



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.