banner
banner

Dünya

Latviya Prezidenti koronavirusa yoluxdu

Latviya Prezidenti koronavirusa yoluxdu

Latviya Prezidenti Eqils Levits koronavirusa yoluxub.

Cia.az “LSM.Iv” telekanalına istinadən xəbər verir ki, Eqils Levitsdən Estoniyanın yeni Prezidenti Alar Karis ilə görüşdən əvvəl koronavirus testi götürülüb. Testin nəticəsinə əsasən, ölkə Prezidentinin koronavirusa yoluxduğu aydın olub.

 

Bildirilir ki, bu səbəbdən də bu gün Serbiya Prezidenti ilə onun əvəzinə Latviya Seyminin (parlament) sədri İnara Murnieçe görüşəcək.

Qeyd olunur ki, Levits oktyabrın 13-ü İsveçdən geri qayıdarkən ondan ekspress test götürülüb və bu testin cavabı müsbət çıxıb. Bu gün isə o, PCR test verəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.