İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına güclü bir təkan olacaq”. Cia.az-ın məlumatına görə, bu barədə Trend-ə “Bütün Avropa Akademiyaları” Təşkilatının (All European Academies) professoru Juri Engelbreçt deyib. O bildirib ki, bu Oyunlar Azərbaycanı dünyanın bir çox ölkələri ilə daha da yaxınlaşdıracaq və ölkənin nüfuzunu qaldıracaq: “Məlum olduğu kimi Oyunlarda 6 minə qədər idmançı iştirak edəcək. Təbii ki, idmançlarla yanaşı on minlərlə azarkeş də Azərbaycana gələcək. Bu insanlar burada Azərbaycan haqqında geniş məlumat əldə edəcəklər və öz ölkələrinə qayıdanda bütün bunları yaxınlarına, dostlarına danışacaqlar. Təbii ki, bütün bunlar Azərbaycana turist marağını artıracaq, ölkə iqtisadiyyatı bundan xeyli fayda götürəcək”. J.Engelbreçt vurğulayıb ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə dünyada sülhün və sabitliyin bərqərar olmasına böyük bir töhfə vermiş olur:
“Bu cür beynəlxalq tədbirlər çox alqışlanır. Çünki bu, insanları bir araya gətirən tədbirdir. İdman da musiqi kimi ümumi bir dildir və bütün insanlar burada bir birini başa düşür, onlar arasında dostluq yaranır. Belə tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycana həm təbriklərimi, həm də təşəkkürlərimi çatdırırıram”.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.