“Azərbaycanda qazın satış tarifləri dövlət tərəfindən tənzimlənir. Burada qazın maya dəyəri, qazın alınmasına sərf edilən xərclər əsas götürülür”.
Cia.az xəbər verir ki, bunu SOCAR-ın mətbuat xidməti rəhbərinin müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, əvvəlki illərdə qazın alışını və satışını SOCAR həyata keçirirdi:
“Bildiyimiz kimi, SOCAR ölkədə yeganə qaz hasilatçısı deyil, qazı başqa şirkətlər də hasil edirlər. SOCAR Azərbaycanın təbii qaza olan tələbatını ödəmək üçün başqa şirkətlərdən də, xüsusilə də “Şahdəniz” konsorsiumundan qaz alır.
“Artıq bir ilə yaxındır ki, qazın topdan alış-satışını dövlət şirkəti olan “Azərkontrakt” həyata keçirir. Həmin şirkət SOCAR və digər qaz hasilatçılarından qazı topdan qiymətə alaraq qazpaylayıcı şəbəkələrə satır.
“Azərkontrakt”ın şirkətlərdən aldığı qazın qiymətinin bir qismi dövlət tərəfindən tənzimlənir ki, o da SOCAR-dan alınan qazdır. Bir qismi isə bazar şəraitinə görə dəyişə bilər. Bazarda qiymətlər artdıqca həmin qazın qiyməti artır. Bu zaman isə qazı alan tərəf - dövləti təmsil edən şirkətin də xərci artır.
Qazın satış tarifləri dəyişmədikdə bu artımın da kompensasiyası mümkün olmur. Ya dövlət subsidiyalaşdırmalı, ya da qiymət artımı baş verməlidir.
Subsidiyalaşdırmanın da müəyyən fəsadları var ki, bu da dövlət büdcəsi üçün əlavə yük yaradır. Hazırda dünyada qaz qiymətləri ötən illə müqayisədə 10, 20, 30 dəfələrlə artıb.
Təbii ki, “Azərkontrakt”ın da başqa şirkətlərdən aldığı qazın qiyməti, xərcləri müəyyən qədər artıb”.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.