Ötən gecə qərb bölgəsində yağan güclü leysan Şəmkir və Samux rayonlarında fəsadlar törədib. Leysan əsasən Samux rayonun Kür ətrafı kəndlərinə, həmçinin rayonun Gürcüstanla sərhəddə olan aşağı Eldar adlanan ərazidə yerləşən Burunqovaq, Salahlı və digər kəndlərdə fərdi təsərrüfatlara ciddi ziyan vurub. Şəmkirin bir neçə kəndində də leysan şəxsi təsərrüfatlara ziyan vurub. Ötən gün axşam saatlarından başlayaraq dağlardan axıb gələn su kəndlərdə ciddi fəsadlar törədib. Şəmkirin Seyfəli kəndində evləri və həyatyanı sahələri basıb. Kənd yolları yararsız hala düşüb. Xeyli sayda iri və xırda buynuzlu heyvan tələf olub. Samuxun kür qırağı kəndlərində də eyni mənzərə yaşanıb. Yenikənd Lüksemburq kəndlərində və Qırmızı Samux qəsəbəsində sel evlərə və fərdi təsərrüfatlara dolub. Gecə saatlarından başlayaraq hər iki rayonunun Fövqəladə Hallar Komissiyası bütün qüvvə və bacarıqları səfərbər ediblər. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.