Ərdoğan Bayraktarın vəfatı ilə bağlı başsağlığı verdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Baykar” şirkətinin İdarə heyətinin sədri Özdemir Bayraktarın dünyasını dəyişməsi ilə bağlı başsağlığı verib.
Cia.az “CNN türk”ə istinadən xəbər verir ki, Ərdoğan tviter hesabında etdiyi paylaşımda Özdemir Bayraktara Allahdan rəhmət diləyib, ailəsinə və xalqa isə başsağlığını çatdırıb.
“Millətimiz qarşısında göstərdiyi misilsiz xidmətləri heç vaxt unudulmayacaq”, - deyə dövlət başçısı əlavə edib.
Qeyd edək ki, “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktarın atası, mühəndis və sənayeçi Özdemir Bayraktar oktyabrın 18-i 72 yaşında vəfat edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.