banner
banner

Gündəm

Generaldan məmur övladları ilə bağlı - tapşırıq

Generaldan məmur övladları ilə bağlı -
Bu gün Dövlət Bayrağı Meydanında Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinə sıra baxışı keçirən BPİ-nin rəisi, general-mayor Mirqafar Seyidov qayda pozan sürücülərə qarşı sərt və qətiyyətli mövqe nümayiş etdirmək üçün yol polisi əməkdaşlarına göstəriş verib. 
Tədbirdə çıxış edən general bildirib ki, bəzi cinayətkar meylli insanlar, eləcə də, məmur övladları yol hərəkəti qaydalarını kobud şəkildə pozur. Bununla yanaşı, onlar bəzən yol polisi əməkdaşlarına qarşı kobudluğa da yol verirlər.
Mirqafar Seyidov bildirib ki, belə insanlara qarşı hər zaman qanun çərçivəsində tədbirlər görülüb. İdarə rəisi yol polisi əməkdaşlarına bu cür intizamsız sürücülərə qarşı sərt mübarizə aparılmasını tövsiyə edərək onları öz işlərində daha məsuliyyətli və qətiyyətli olmağa çağırıb:«Yol polisləri qaydaları kobud şəkildə pozan cinayətə meylli şəxslərə qarşı hər zaman hazırlıqlı olmalı və amansız mübarizə aparmalıdır. Yol hərəkəti qaydalarına əməl etmək hər kəsin borcudur».
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.