banner
banner

Gündəm

Özdemir Bayraktar dəfn olundu - FOTOLAR

Özdemir Bayraktar dəfn olundu

İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişən “Baykar” şirkətinin İdarə heyətinin sədri Özdemir Bayraktar dəfn olunub.

Cia.az “Hürriyet”ə istinadən xəbər verir ki, “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktarın atası olan iş adamı Özdemir Bayraktar üçün Fatih məscidində vida mərasimi təşkil olunub.

Mərasimə Özdemir Bayraktarın həyat yoldaşı və oğulları ilə yanaşı Türkiyənin bir sıra siyasi və ictimai xadimləri də qatılıb. Sözügedən şəxslər sırasında ölkənin vitse-prezidenti Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, sabiq Prezident Abdullah Gül, səhiyyə naziri Fahrettin Koca və digər nazirləri görmək mümkün olub.

 

Vida mərasimindən sonra Özdemir Bayraktarın cənazəsi anadan olduğu Sarıyerin “Garipçe” məhəlləsində ailə qəbiristanlığına aparılaraq dəfn olunub.

Qeyd edək ki, Selçuk Bayraktarın atası, mühəndis və sənayeçi Özdemir Bayraktar oktyabrın 18-i 72 yaşında vəfat edib.

 

 







Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.