banner
banner

Gündəm

Nepal Bakıdan dünyaya səsləndi

Nepal Bakıdan dünyaya səsləndi

Asiya İnkişaf Bankının direktorlar şurasının Bakıda keçirilən illik toplatısında Nepala təcili olaraq 200 milyon dollar yardım ayırılmasına qərar verilib. 
Bankın prezidenti bəyan edib ki, bu təşəbbüslə Yaponiya çıxış edib və bütün üzvlər də onu dəstəkləyib. Tezliklə daha bir neçə milyon dolların Nepal hökumətinə verilməsi nəzərdə tutulur. 
Asiya İnkişaf Bankı bu yardımların davamlı olması üçün dünya ictimaiyyətinə müraciət edib.
Nepalın maliyyə naziri Ram Şaran Mahat isə ölkəsinin bu fəlakətin öhdəsində təkbaşına gələ bilməyəcəyini deyərək dünya ölkələrindən yardım istəyib:
“Biz hökumət olaraq Milli Bərpa Fondu yaratmışıq. Artıq dövlət bura 200 milyon dollar vəsait yatırıb. Amma bu kifayət etmir. Zəlzələ nəticəsində 300 min ev təsərrüfatı məhv olub. Biz ən azı iki ay ərzində insanlara heç olmasa başlarının üzərində bir koma tikməliyik. İndi insanların daha çox buna ehtiyacı var, çadır, dərman, qida. 
Biz Dünya Bankından, Çin, Hindistan kimi ölkələrdən yardım istəyirik. Bu yardım kredit şəklində də ola bilər. Bizim ölkəmizin kredit götürüb, onu qaytarmaqla bağlı müsbət təcrübəsi var". 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.