banner
banner

Gündəm

"Daim düşmənçilik edə bilmərik"

"Daim düşmənçilik edə bilmərik"

Sarkisyanın müsahibəsində bir kin-küdurət, milli natamamlığın yaratdığı kompleksdən əziyyət çəkən hamıyla davaya hazır, hətta ən yaxın müttəfiqi Rusiyanın belə xidmətlərini gözü görməyən birisi boylanır. Güclülər belə olmur. Bu müsahibəni bir başqa prezident versəydi, vallah mənim ona yazığım gələrdi… Buna heç yazığın gəlmək də istəmirsən. Güclülər başqa cür danışar. Məsələn, Azərbaycan prezidenti İlham Əliyev də müsahibə verib. O, da Rusiya kanalına danışıb. Amma Azərbaycanın lideri sakit, rahat, hər hansı gərginlikdən uzaqdır. Öz iradəsinə, dövlətinin gücünə, haqlı olduğuna güvənən prezidentin çıxışından bəzi parçaları təqdim edirəm. Burdan hər şey aydın görünür. O cümlədən elə Azərbaycanın gücü də.
“Mən bizim erməni opponentlərimizdən fərqli olaraq əminəm ki, biz daim düşmənçilik edə bilmərik. Biz eyni dövlətdə uzun illər yaşamışıq, bir yerdə faşizmlə mübarizə aparmışıq. Ona görə hesab edirəm ki, Ermənistan rəhbərliyi də bu qənaətə gələcək ki, düşmənçiliyə və işğala son qoymaq lazımdır. Gizlətmək istəmirəm ki, erməni xalqının faşizmdən əziyyət çəkməsinə və erməni xalqının nümayəndələrinin Böyük Vətən Müharibəsi cəbhələrində faşizmə qarşı vuruşmasına baxmayaraq bu gün Ermənistanda bizim anlamaqda çətinlik çəkdiyimiz tendensiyalar baş verir. Faşistlərin, Hitlerə xidmət etmiş adamların qəhrəmanlaşdırılması baş verir. Əgər Azərbaycan və Ermənistandan olan müharibə iştirakçılarının görüşmək imkanı olsaydı onlar dostluq masası arxasında oturub birgə tarixin şanlı səhifələrini xatırlayardılar. Amma təəssüf ki, Ermənistan tərəfi ictimaiyyət arasında görüşlərə hər cür mane olur. Bir neçə il əvvəl ictimaiyyət nümayəndələrinin, deputatların görüşlərinin keçirilməsi təşəbbüsü var idi, biz hətta bu formatı genişləndirmək istəyirdik. Amma Ermənistanda bunun yaxınlaşma və dostluq hisslərinə apardığını görən kimi qarşısını aldılar”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.