Fransa Prezidenti Emmanuel Makron Avropa şirkətlərini dolların təsirindən qorunmaq məqsədilə avronun geniş miqyasda beynəlmiləlləşməsinə çağırıb.
Cia.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransa dövlət başçısı Brüsseldə Avropa İttifaqına daxil olan ölkələrin sammitindən sonra keçirdiyi mətbuat konfransında deyib.
"Xüsusi olaraq qeyd etdim ki, avro iqtisadi siyasətimizin bir vasitəsidir. Əgər şirkətlərimizi dolların xarici təsirindən qorumaq istəyiriksə, avronun beynəlxalq valyuta olmasına çalışmalıyıq", - Makron qeyd edib.
Qeyd edək ki, avro "qoca qitə"nin 17 ölkəsinin rəsmi pul vahididir. Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla, daha 9 ölkədə rəsmi valyutadır.
Avro 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilib, 2002-ci ilin 1 yanvarından isə nağd əsginaslar dövriyyəyə buraxılıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.