Saakaşvilinin xanımı fəryad edir: "Onun həyatı təhlükədədir"
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin xanımı, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko aclıq aksiyası keçirən həyat yoldaşının vəziyyətinin kritik həddə çatdığını bildirib.
Cia.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Yelizaveta Yasko feysbukdakı səhifəsində yazıb.
"Gürcüstan həbsxanasında olan Mixeil Saakaşviliyə dördüncü dəfədir baş çəkirəm. Bu gün çox danışdıq. Təxminən beş saat... Bu gün aclıq aksiyasının 22-ci günüdür. Mixeil, əvvəlki kimi sonadək mübarizə aparmaq əzmindədir. Mən ondan dəfələrlə aclığı dayandırmasını xahiş etmişəm, amma qərar dəyişilməzdir.
Mixeil Saakaşvilinin səhhəti pisləşir və bu, çox açıq şəkildə görünür. Onun tab gətirməsinə şadam. Amma bu dəfə kədərliyəm. Çünki onun təhlükədə olduğunu başa düşürəm. Və artıq kritik vəziyyətə yaxınlaşır", - Yasko feysbukda yazıb.
Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirili
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.