banner
banner

Gündəm

Səfirlik daha bir erməni yalanını ifşa etdi

Səfirlik daha bir erməni yalanını ifşa etdi

Oktyabrın 23-də bəzi sosial şəbəkələrdə Araik Arutyunyanın Moskvada olması və Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirərək regional vəziyyəti müzakirə etməsi barədə xəbərlər yayılıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən Cia.az-a verilən məlumata görə, son günlər erməni KİV-i tərəfində “Artsax respublikasının vəzifəli şəxslərinin” Rusiyaya “işgüzar səfərləri” və guya burada Rusiyanın siyasi dairələri ilə rəsmi görüşlər keçirdikləri barədə məlumatlar həqiqətə uyğun deyil.

 

Səfirlik adları qeyd olunan şəxslərin Rusiya Federasiyasının sərhədini Ermənistan Respublikasının vətəndaşlarına məxsus olan pasportlarla keçirdiyini və burada adətən erməni diasporu nümayəndələri, eləcə də onlara lobbiçilik edən şəxslərlə görüşdüklərini, belə səfərlərin yalnız şəxsi xarakter daşıdığını bir daha diqqətə çatdırır, onların rəsmi qəbul edilmədiklərini, Rusiyanın dövlət strukturları və diplomatik xidmət xətti ilə hər hansı siyasi məsləhətləşmələr aparılmadığını vurğulayır.

“Bir çox hallarda bu kimi məlumatlar saxta olur, heç bir faktlara əsaslanmır, təxribat xarakteri daşıyır və ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaq məqsədini güdür”, - deyə məlumatda qeyd olunur.

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.