banner
banner

Dünya

101 yaşlı nepallı dağıntılardan sağ çıxdı - FOTO

101 yaşlı nepallı dağıntılardan sağ çıxdı -

Nepalda baş vermiş 7.8 ballıq zəlzələdən 1 həftə keçdikdən sonra 101 yaşlı kişi dağıntıların altından sağ çıxarılıb. Cia.az-ın məlumatına görə, uçmuş evinin altında qalan Funçu Tamanq şənbə günü xilas edilərək helikopterlə xəstəxanaya çatdırılıb. Şiddətli zəlzələ nəticəsində Tamanqın sadəcə ayaq biləyində və əllərində yüngül xəsarətlər meydana gəlib. 
101 yaşlı qocanın dağıntılardan sağ çıxması sevinclə qarşılansa da bölgədə zəlzələ səbəbindən ölənlərin sayı hər gün çoxalır. Ən son rəsmi açıqlamalara görə, zəlzələ nəticəsində ölənlərin sayı 7 200-ü keçib. Bu rəqəmin 10 000-dən çox olacağı istisna olunmur. 
Maliyyə naziri Ram Şaran Mahat isə bildirib ki, axtarış-xilasetmə dəstələri dağlıq ərazilərə çatanda ölü sayı sürətlə çoxalacaq. “Evlərinin böyük əksəriyyətinin uçduğunu bildiyimiz, amma heç cür tapa bilmədiyimiz çox sayda kənd və qəsəbə var” – deyən nazir avtoşokların hələ də davam etdiyini bildirib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.