"Türkiyədə parlament sistemi artıq işləmir. Sistemin davam etməsi ehtimalı qalmayıb". Cia.az-ın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə vilayətində çıxışı zamanı deyib. Ərdoğan qeyd edib ki, artıq Türkiyənin prezident üsul idarəsi sisteminə keçmək dövrü yetişib. “İstənilən halda, dövlət çevrilişinə cəhdlər, böhranlar bu sistemi zəiflətmişdi. İndi yeni fəsadlara yol açmadan sistemi kökündən dəyişdirmək üçün imkan yaranıb. Yeni Türkiyə yolunda yeni konstitusiya və prezident sistemi üçün şərait yaranıb. Başqa zaman yolda bir-birilərini görsələr, salam verməzlər. İndi həmin şəxslər birləşərək prezident sistemi təklifimizə qarşı vahid cəbhə yaradıblar". Prezident sistemində hökumət, adətən, ölkə başçısı tərəfindən formalaşdırılır. Hökumət təkcə prezident qarşısında cavabdehlik daşıyır və təkcə prezident hökuməti istefaya göndərə bilər. Ərdoğanın yeni konstitusiya və idarəetmə forması təklifi müxalif cəbhədə etirazlarla qarşılanıb. Müxalifət Ərdoğanı, əslində, diktator rejimi yaratmağa çalışmaqda ittiham edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.