banner
banner

Şou

Coşqun Rəhimov nəvəsindən danışdı

Coşqun Rəhimov nəvəsindən danışdı

Əməkdar artist Coşqun Rəhimov bu yaxınlarda dünyaya gələn nəvəsindən danışıb. 
“Bu şəhərdə”nin aktyoru özünü xoşbəxt hiss etdiyini bildirib: 
“Övladım olanda necə sevinmişdimsə, o hisləri indi ikiqat yaşadım. Baba olmaq gözəl hissdir. Bunları sözlə ifadə etmək mümkün deyil. Bir arzum var ki, Allah hamıya nurani, ağıllı yaşlılıq nəsib etsin. Nəvəmin adını sirr saxlamaq istəyirəm. Hamı onu Coşqunun nəvəsi deyə tanısın. Baba oldum deyə, yaşlandım kimi komplekslərim yoxdur. Mən hər zaman çox nəvəm olmasını arzulamışam”.
Qeyd edək ki, C.Rəhimovun qızı Günelin toyu ötən ilin iyununda olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.