Müğənni Sevinc Musayevanın ailəsində ağır itki baş verib.
Axşam.az-ın məlumatına görə, sənətçinin xalası dünyasını dəyişib. İfaçı 59 yaşlı xalası Firəngizin həkimlərin səhv diaqnozunun qurbanı olduğunu deyib: “Ən çox istədiyim xalam idi. Hər zaman mənə sənətdə dəstək olurdu. Verilişlərə çıxanda izləyir, mahnılarıma həmişə fikir bildirirdi. İki ay əvvəl həkimlər yanlış diaqnoz qoyublar. Xəstəliyinin əsl səbəbini bilməyib. Mədəsindən əziyyət çəkirdi. Qəfildən dünyasını dəyişdi”. Allah rəhmət eləsin!
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.