BMT-nin İqlim Dəyişikliyi Konfransı öz işinə başlayır
Bu gün Böyük Britaniyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP26) öz işinə başlayır.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, noyabrın 12-dək davam edəcək tədbirin gündəliyi kifayət qədər zəngindir. Lakin əsas məsələ qlobal istiləşmə ilə mübarizə və karbon emissiyalarının azaldılmasıdır. 2009-cu ildə inkişaf etmiş ölkələr karbon emissiyalarının azaldılması və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün kasıb dövlətlərə 100 milyard dollar yardım etməyi öhdələrinə götürmüşdü. Lakin indiyədək cəmi 79 milyard dollar yardım olunub.
Paris İqlim sazişinə görə dövlətlər istixana qazlarının həcmini 45% azaltmalıdır. Lakin proqnozlar bunun əksinə, karbon emissiyalarının 2030-cu ilədək 16% artacağını göstərir. BMT-nin Baş katibi Antonio Quterreş qlobal istiləşməni fəlakətə doğru gediş kimi xarakterizə edib.
Görüş iştirakçılarının məqsədi 2050-ci ilədək karbon neytrallığını təmin etmək və istiləşməni 1,5 dərəcə Selsi həddində saxlamaqdır.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi Konfransı 2015-ci ildə imzalanmış Paris iqlim sazişindən sonra ekologiya ilə bağlı ən böyük beynəlxalq tədbirdir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.