"Müxalifətin indi qalib olduğu bir vaxtda mənim arzum o olardı ki, Mixeil Saakaşvili aclığı dayandırsın"
Cia.az xəbər verir ki, bu barədə “Milli Hərəkat”ın merliyə namizədi Nika Melia bildirib.
“Əlbəttə, Mixeil Saakaşvilinin siyasətçi, fədakar gürcü kimi fədakarlığı izi-tozu yox olmayıb. Əminəm ki, o, indi bizə baxır və mən onu buradan böyük hörmətlə salamlamaq, ona can sağlığı arzulamaq istəyirəm. Sabah yekun protokollar tərtib olunanda və müxalifət namizədləri qalib elan olunanda mən onu həbsxanada ziyarət etmə imkanına sahib deyiləm, lakin müxalifətin indi qalib olduğu bir vaxtda mənim arzum o, olardı ki, Mixeil Saakaşvili aclığı dayandırsın, çünki o bizə sağlam və canlı insan olaraq lazımdır. Biz Bidzina İvanişvilini sevindirməməliyik”, – deyə Nika Melia bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.