Fulya Öztürk: "Ermənistan uşaq qatilidir, bu film də bunun sübutudur"
"Biz həmişə Halil Kahramanla çiyin-çiyinə işləmişik. Onunla 44 gün boyunca Azərbaycanda çox ağır hadisələrə şahidlik etdik" . Cia.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında türkiyəli jurnalist Fulya Öztürk deyib. O bildirib ki, belə bir filmin çəkilməsi Qarabağ müharibəsinin tarixinin işıqlandırılması baxımından olduqca əhəmiyyətlidir: "Açığı, filmə mənim adımın verilməsinə əvvəl razı olmadım. Lakin Qarabağ savaşında gözümün önündə yaşananları gördükcə peşə həyatımda ilk dəfə əsəb keçirdim. Ermənistanın Bərdədə, Gəncədə törətdikləri gözümün qabağında baş verdi. Normalda soyuqqanlıyam, lakin Azərbaycanda baş verənlərə soyuqqanlı qala bilmədim. Gəncədə dağıntıların altından insan cəsədlərinin çıxarılmasını öz gözlərimlə gördüm. Dolayısı ilə bu filmi də Ermənistanın uşaq qatili olmasının sübutu kimi bütün dünyanın görməsini istəyirəm. Biz Bərdə, Gəncə hadisələrinin çəkilişlərindən otelə qayıtdıqda Avropa, Amerika kanallarına baxırdıq, onların heç biri bu faciədən danışmırdılar. Biz də deyirdik ki, əgər dünya bu faciəni göstərmirsə, o zaman biz göstəcəyik". Türkiyəli jurnalist filmdə 44 günlük Vətən müharibəsində yaşadıqlarını danışdığını vurğulayıb: "Müharibə zamanı faciələri görməklə yanaşı, şükür ki, Zəfəri də yaşadıq. Ermənistan bir uşaq qatilidir, bunu bütünü dünya bilməlidir. Bu film də bunun sübutudur. Amma Zəfər günü ilə bütün dünya gördü ki, Azərbaycan öz haqlı qələbəsini qazandı. Və filmdə də yaşadığım hissləri anlatmağa çalışmışıq. Lakin bir məsələni də vurğulamaq istəyirəm ki, əsas qəhrəmanlar biz deyilik, əsas qəhrəmanlar bu Zəfəri bizə yaşadan, əsgərlər, şəhidlər, onların ailələridir. Nə mutlu ki, Qarabağ Azərbaycandır".
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.