banner
banner

Gündəm

Braziliyalı senator Gəncə və Ağdamda olub - Fotolar

Braziliyalı senator Gəncə və Ağdamda olub

Ölkəmizdə səfərdə olan Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya oktyabrın 31-də Gəncə şəhərinə səfər edib.

Cia.az xəbər verir ki, dostluq qrupunun rəhbəri Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkib. Qonaq ötən ilin oktyabrında burada mülki əhaliyə qarşı törədilmiş cinayət izlərinin şahidi olub.

Antonio Anastasiya həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüb.

 

Senator Gəncə şəhərindəki pravoslav, alban və lüteran kilsələrini də ziyarət edib.

Sonra Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Ağdam şəhərində olub.

Qonaq Ağdam şəhərindəki İmarət kompleksini, Pənahəli xanın buradakı sarayını və qəbiristanlığı, Ağdam Cümə məscidini ziyarət edib, inzibati binaların və Ağdam Dram Teatrının binasının qalıqları ilə tanış olub.

Braziliyalı senatora Ağdam şəhərinin Baş planı və burada həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib.

Səfərin yekununda senator Antonio Anastasiya Gəncə və Ağdamla bağlı təəssüratlarını KİV nümayəndələri ilə bölüşüb.

 

 






 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.