İtaliyanın Trevizo şəhərində məşhur restorançı, “tiramisunun atası” hesab edilən Ado Kampeol 94 yaşında dünyasını dəyişib.
Cia.az xəbər verir ki, bu barədə Veneto bölgəsinin rəhbəri Kuja Dzaya Feysbuk səhifəsində yazıb.
Qeyd edək ki, 1970-ci illərdə “Alle Beccherie” restoranında maskarpone pendiri, kofe, toyuq yumurtası, şəkər və savoyardi peçenyelərindən ibarət desert-tiramisu hazırlanmağa başlanıldı. Kampeol özü etiraf edirdi ki, desert həyat yoldaşı Alba və baş aşpaz Roberto Linquanottonun səhvi ucbatından təsadüfən meydana gəlib. Desert tez bir zamanda əvvəlcə İtaliyada, sonra isə bütün dünyada populyarlıq qazandı.
Desertin adı italyan dilindən tərcümədə “məni yuxarı çək” kimi tərcümə olunur, lakin məcazi mənada daha çox “məni şənləndir” deməkdir. Bu, şirin təamın tonik və qidalandırıcı xüsusiyyətləri ilə bağlıdır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.