İsrail bu gündən sərhədlərini xarici turistlər üçün açıb.
Cia.az İsrailin “Kan” dövlət radiosuna istinadən xəbər verir ki, noyabrın 1-dən etibarən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi vaksinlərlə son 6 aydan çox olmayaraq peyvənd olunan xarici turistlər İsrailə səfər edə biləcək.
Ölkənin Səhiyyə Nazirliyinin oktyabrın sonunda yaydığı məlumata görə, noyabrın 1-dən etibarən “Pfizer”, “Moderna”, “AstraZeneca”, “Sinovac”, “Sinopharm”, “Johnson & Johnson” və “Covishield” vaksinləri ilə tam peyvənd olunanlar İsrailə buraxılacaq.
Bununla yanaşı, xarici vətəndaşlar uçuşdan 72 saat əvvəl Ben-Qurion hava limanında PCR-test verməlidirlər. Həmçinin xaricilər mənfi nəticə əldə edənə qədər İsraildə təcridxanada qalmalıdırlar.
Bununla belə, ölkənin Səhiyə Nazirliyi bildirib ki, noyabrın 15-dən etibarən 14 gündən əvvəl və 6 aydan gec olmayaraq Rusiyanın “Sputnik V” vaksininin iki dozasını qəbul etmiş şəxslər də İsrailə buraxılacaq.
Qeyd edək ki, 2020-ci ilin martından İsrail faktiki olaraq turizm üçün bağlı idi. Bu zaman ölkəyə yalnızca İsrailə geri qayıdan vətəndaşların və xüsusi icazəsi olan əcnəbilərin girişinə icazə verilirdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.