Bakıda sərnişinnəqliyyatda böyük dəyişikliklər edilir. Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin Cia.az-a verdiyi məlumata görə, paytaxtda xidmət göstərən iritutumlu avtobuslar yığışdırılır. Onun sözlərinə görə, 3 qapılı “Daewoo” markalı avtobuslar yavaş-yavaş paytaxtdan yığışdırılacaq. Onların əvəzinə 2 qapılı orta və iritutumlu avtobuslar gətiriləcək. Qurum rəisi bildirib ki, avtobuslar texniki qüsurlarına görə xidmətdən yığışdırılacaq: “3 qapılı “Daewoo”ların tarazlıq yastığı tez sıradan çıxır. Bu səbəbdən də, həmişə həmin avtobuslarının yan böyrü üstə əyildiyini görürdük. Onların qəzaya düşməsi ehtimalı çox olduğu üçün xətdən yığışdırılacaq”, - deyə Vüqar İbrahimli bildirib.
Qeyd edək ki, əvvəllər işləyən 14 ədəd 3 qapılı “Daewoo” markalı avtobusun yerinə 28 ədəd 2 qapılı “Daewoo” markalı avtobus qoyulub. Həmin avtobusun qrafiki 5 dəqiqə idisə, indi onların qrafiki 2 dəqiqəyə salınıb. Bundan başqa, 14 saylı avtobus bağlanıb. Onun əvəzinə 24 saylı avtobus işləyəcək. Bağlanan avtobuslar içərisində 86 saylı marşrut xətti də var. Onun əvəzinə isə 29 işləyəcək. Bağlanan 90 saylı marşrut xəttinin əvəzinə isə 91 işləyəcək. Bundan başqa, 2, 53 saylı avtobuslar da bağlanıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.