banner
banner

Gündəm

Zəfər Günü paradı Şuşada olacaq - ÖZƏL

Zəfər Günü paradı Şuşada olacaq

8 Noyabr Zəfər Günü münasibətilə Şuşada hərbi parad keçiriləcək. Bunu Cia.az-a özəl açıqlamasında şəhərin düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərənlərdən biri və Azərbaycan bayrağını ora sancan hərbçimiz, əslən şuşalı Səbuhi Abdullayev bildirib.

 

S.Abdullayev qeyd-şərtsiz Zəfər Gününü Şuşada qeyd edəcəyini vurğulayıb:

 

“Bununla bağlı mənə təklif gəldi, çox böyük məmnuniyyətlə, çox böyük qürurla paradda iştirak edəcəyəm. Zəfər Günü Ali  Baş Komandanla bir yerdə Şuşada olmaq xüsusi qürurdur”.

 

Hərbçimiz deyib ki, 14 yaşında tərk eləmək məcburiyyətində qaldığı Şuşaya 26 il 8 aydan sonra qovuşub:

“Şuşaya bayraq sancmaq əvəzsiz hiss idi. Şuşada doğulub, 14 yaşıma kimi orada yaşamışam. 26 il 8 aydan sonra ora qayıtdım və bayrağı sancdım. Bir il ötməsinə baxmayaraq, hələ də bu gözəl hislərin təsirindəyəm”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.