ABŞ təlimlərdə iştirak etmək üçün Gürcüstana 14 PDM göndərib. Cia.az-ın məlumatına görə, bu haqda ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında xəbər yerləşdirilib. Hərbi təlimlərlə əlaqədar ABŞ Gürcüstana ağır hərbi texnika - 14 "Bredli" piyada döyüş maşını, logistikanın və təlimlər üçün nəzərdə tutulmuş təchizatın təminatı üzrə maşınlar göndərib. Gürcüstan-ABŞ “Noble Partner” təlimləri hərbi aerodromda və Vaziani (Tiflisin yaxınlığında) poliqonunda keçiriləcək. Mayın 11-də başlayacaq təlimlərdə "Alfa" bölüyündən təxminən 600 amerika və gürcü hərbçisinin iştirak edəcəyi gözlənilir. Həmçinin təlimlərdə Gürcüstanın qoşunlarının birinci piyada briqadasının 12 batalyonu iştirak edəcək. Gürcüstan Müdafiə Nazirliyi qeyd edib ki, təlimlərin məqsədi NATO-nun gələcək əməliyyatlarında iştiraka hazırlığın artırılmasıdır. "Təlimlər Gürcüstanda ilk dəfə keçirilir və onların məqsədi Gürcüstan rotasının NATO-nun çevik qüvvələri ilə yaxınlaşmasından ibarətdir", - deyə xəbərdə bildirilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.