Model Özgə Ulusoy sevgilisi Hacı Sabancı ilə münasibətlərindən danışıb. Model qalmaqallı açıqlamaları ilə yadda qalıb. O, iş adamı ilə evlənmək istəmədiyini deyib: “Mən ailə qurmaq istəyən biri deyiləm. Hacıya ərə gedə bilmərəm. Yeganə arzum karyeramda irəliləməkdir”. Özgə H.Sabancıdan evlilik təklifi almadığını etiraf edib: “Hamı elə bilir ki, mən Hacıya təzyiq edirəm ki, ailə quraq. Ancaq ortada belə bir şey yoxdur. Ən böyük xoşbəxtliyim karyeramda yüksəlmək ola bilər. Uşaqlarım olsa, bütün xəyallarım yarımçıq qalar”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.