banner
banner

Gündəm

Rüstəm Muradov sabah Qarabağa gedir

Rüstəm Muradov sabah Qarabağa gedir

Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilməsinin ildönümünü qeyd etmək üçün böyük tədbir keçirməyi planlaşdırır.

Cia.az  xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri yazıb.

Məlumata görə, Rusiya sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradov bu gün Ermənistana, sabah isə Qarabağa gedəcək.

 

Bildirilir ki, Rusiya Müdafiə Nazirliyi 200-ə yaxın medal buraxıb: “Onları Cənub Hərbi Dairəsinin komandirinin müavini Rüstəm Muradov gətirəcək. Medallar fərqlənən hərbçilərə veriləcək”.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov olub və onun missiyası sentyabrın 6-da başa çatıb. Sentyabrın 9-da Muradovun yerinə general-mayor Mixail Kosobokov təyin olunmuşdu.

Sentyabrın 25-də isə general-leytenant Gennadi Anaşkin Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə təyin edilib.

 

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.