banner
banner

Gündəm

Rektorlar və vəzifəli məmurlar - deputat olmayacaq

Rektorlar və vəzifəli məmurlar -

Ayrı-ayrı dövlət qurumlarına rəhbərlik edənlər seçim etməli olacaqlar; ölkə rəhbərliyinin bununla bağlı prinsipial qərar verdiyi iddia olunur

Milli Məclisin yeni tərkibində rektor deputatlar təmsil olunmayacaq. Bu barədə adının çəkilməsini istəməyən məlumatlı mənbə bildirib. Mənbəmizin sözlərinə görə, artıq rektorlara bu barədə xəbərdarlıq edilib. 

Qeyd edək ki, 125 deputat arasında müxtəlif dövlət və özəl ali təhsil ocaqlarının rektorları var. Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Naxçıvan Universitetinin rektoru İsa Həbibbəyli, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev mandat daşıyırlar. 
Xatırladaq ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov rektor deputatların mandatdan məhrum edilmələri üçün müvafiq qurumlara dəfələrlə çağırış etmişdi. Hesab olunur ki, İlyas müəllimin müraciəti hüquqa əsaslanmaqla yanaşı, eyni zamanda müəyyən dairələrlə razılaşdırılmış da ola bilərdi. 



Digər bir məlumata görə, mandat daşıyan, eyni zamanda ayrı-ayrı dövlət qurumlarına rəhbərlik edənlər də iki yoldan birini seçməli olacaqlar. Məsələn, ARDNŞ prezidenti Rövnəq Abdullayev, yaxud “Dövlət Dəmir Yolları”QSC-nin rəisi Cavid Qurbanov da Milli Məclisdə təmsil olunur. Onların növbəti parlamentin tərkibində olmayacaqları iddia olunur. Bildirildiyinə görə, ölkə rəhbərliyi rəhbər vəzifə tutanların mandat daşımayacağı barədə prinsipial qərarını açıqlayıb. 
Ancaq bəzi istisnaların ola biləcəyi də ehtimal edilir. Parlament tərkibində üstün yerlərdən birini tutan iş adamı və biznesmen deputatların da yeni tərkibə düşməsi çətin olacaq. Onların gənc, intellektual kadrlarla əvəzlənəcəyi gələn xəbərlər sırasındadır. Ümumiyyətlə, 2015 seçkilərindən sonra Milli Məclisin tərkibinin kifayət qədər yenilənəcəyi iddia olunur. 
Ancaq məlumatlı mənbəmiz bunu da bildirdi ki, hələ heç kim parlamentə düşüb-düşməyəcəyini dəqiq bilmir. Seçkilərə aylar qalsa da, bu gün diqqət Avropa Oyunlarına yönəldiyindən ölkənin siyasi gündəminin əsas hadisəsinə yalnız iyul ayından sonra ciddi diqqət veriləcək və hazırlıqlar başlanacaq. 

(musavat)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.