Mətanətin gəlini od püskürdü: “Gecə-gündüz işləyib balalarıma baxan anayam!”
Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana arasındakı qalmaqal davam edir.
Cia.az xəbər verir ki, Canana sosial şəbəkədə böyük oğlu Tuncayın yeni videosunu paylaşıb.
Paylaşımında Canana gecə-gündüz çalışıb uşaqlarına baxdığını, lakin məhkəmədə hakimin bunları nəzərə almadığını bildirib:
“Deyir ki, uşaqları havaya çıxarmırdı. Baxsın görsün, mən balalarıma görə nələr edirdim. Vətənpərvər ruhda övladlar böyüdürdüm. Onlar Türkiyədə olanda heç birindən xəbəri belə yox idi. Gecə - gündüz işləyib balalarıma baxan anayam. Hakim qərar verəndə isə bunları görmür, hətta dinləmək belə istəmir”.
Qeyd edək ki, bir müddət əvvəl İsgəndərlinin oğlu Kərimlə Canana arasında məhkəmə prosesi keçirilib. Canananın üç övladı əlindən alınaraq Kərimə verilib. Məhkəmənin bu qərarı uzun müddət sosial şəbəkələrin müzakirəsinə çevrilib. Bir çox məşhurlar bu qərara etirazlarını bildirərək azyaşlı uşaqların anasından alınmağını qınayıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.