banner
banner

Sağlamlıq

Bu saatda yatmaq infarkt riskini azaldır

Bu saatda yatmaq infarkt riskini azaldır

İngiltərədə aparılan elmi araşdırmaya görə axşam saat 22:00-23:00 arasında yatmaq ürək-damar sağlamlığı üçün çox faydalıdır.


"Biobank"ın 88 000 insan üzərində apardığı araşdırmaya görə, bədənin bioloji saatına əsasən düzgün vaxtda yatmaq infarkt və insult riskini azaldır, qan təzyiqinə müsbət təsir göstərir ki, bu da sağlam həyat üçün çox vacibdir.

Araşdırma aparılarkən könüllülərin yuxu və oyanma saatları ilə bağlı məlumatlar toplanıb. Həftənin hər günü davam edən araşdırma orta hesabla altı il davam edib. Bu müddət ərzində araşdırmada iştirak edənlərin ürək-damar sağlamlığına nəzarət edilib.

Araşdırmanın nəticələri Avropa Kardiologiya Cəmiyyətinin akademik nəşri olan "European Heart" jurnalında dərc olunub. Məlum olub ki, cəmi 3 min nəfərdə ürək-damar xəstəlikləri var. Tədqiqatda iştirak edən könüllülərin əksəriyyəti saat 22:00-23:00-dan əvvəl və ya sonra yatıblar ki, bu da “ideal” sayılır.

"Exeter" universitetinin professoru Devid Plans bu haqda qeyd edib:
"Araşdırmanın nəticəsi haqda qəti bir fikir deyə bilməsək də, araşdırma göstərir ki, erkən və ya gec yatmaq bədən saatına daha çox təsir edir və bu, ürək sağlamlığı üçün mənfi nəticələrə səbəb olur. Ən risklisi gecə yarısından sonra yatmaqdır".

Digər mütəxəssis Regina Giblin isə qeyd edib:
“Aparılan araşdırma onu göstərir ki, ürək sağlamlığını qorumaq istəyənlər üçün saat 22:00-23:00 arası ideal zamandır. Lakin unutmamalıyıq ki, bu, qəti bir nəticə deyil. Yuxu vaxtı və müddəti ilə bağlı daha çox araşdırma aparılmalıdır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.