Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşviliyə baxış zamanı onun bədənində xəsarətlər aşkar olunub.
Cia.az xəbər verir ki, bu barədə məlumatı gürcü siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze açıqlayıb.
Kipşidze Saakaşvilinin həbsxana klinikasına köçürülməsi zamanı ona qarşı mümkün qeyri-insani davranış halını aydınlaşdırmaq üçün aparılan tibbi ekspertizada iştirak edib.
“Hazırda tibbi araşdırma aparılır. Mən işimi bitirdiyimdən tez çıxdım. Ona xarici baxış keçirirlər. Onun bədənində xəsarətlər var idi. Bunların nə olduğunu deməyəcəyəm. Onun bədəninin müxtəlif hissələrində xəsarət izləri var”, - deyə Kipşizde qeyd edib.
Həkimin sözlərinə görə, Saakaşvili hələ də dərman qəbul etməkdən imtina etsə də, analiz verməyə razı olub: “Biz analizlər götürdük. Bəzilərinin nəticələri gözlənildiyi kimi pisləşib. O, burada müalicə almır, vəziyyəti yaxşı deyil və bu, belə davam edə bilməz”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.