banner
banner

Gündəm

Bəzi məhkumların cəza müddəti azaldılacaq - RƏSMİ

Bəzi məhkumların cəza müddəti azaldılacaq

 

“İlkin olaraq biz amnistiya ilə bağlı şəxsi işləri öyrənmişik”.

Bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov Amnistiya Aktının icrası ilə bağlı keçirilən dəyirmi masada deyib. 

Onun sözlərinə görə, elə maddələr var ki amnistiyaya düşür, lakin bəzi məqamlar ola bilir:

 

“Məsələn, elə maddələr var ki, həmin maddələrlə məhkum olunanlar barəsində məhkəmələr tərəfindən müəyyən məlumatlar toplanmalıdır. Bu və digər bənzər maddələr üzrə məhkum olunanlar barədə araşdırma aparılmalıdır. Dünən 20-yə yaxın şəxsin işi Probasiya xidməti tərəfindən prokurorluğa təqdim edilib. Araşdırıldıqdan sonra yekun qərar veriləcək”.

“Probasiya xidməti tərəfindən amnistiya aktının icrası zamanı elə məhkumlar var ki, cəza müddətləri azaldılacaq, elə şəxslər var ki azad ediləcəklər. Dörd ay müddətində tərəfimizdən amnistiya aktının icrası üçün zəruri bütün tədbirlər həyata keçiriləcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.