İbrahim İbrahimli Müsavat Partiyasından - istefa verdi
Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq sədri İbrahim İbrahimli partiyadan istefa verib.
İ. İbrahimli bildirib ki, Müsavat rəhbərliyinin hazırkı idarəçiliyinə etiraz olaraq bu addımı atıb: “Müsavat Partiyasının indiki rəhbərlərinin partiyada fərqli düşünən insanlara qarşı repressiv qərarlarına, partiyanı bataqlığa sürükləyən avtoritar üsul-idarəçiliyinə etiraz edərək, Müsavat Partiyasından çıxdığımı bildirirəm”.
MNTK-nın sabiq üzvü Əlövsət Talışxanlı da V. Əyyubun partiyadan çıxarılmasına münasibət bildirib: “Vurğun Əyyubun Müsavatdan çıxarılması vicdansızlığın ən yüksək anıdır. Partiya rəhbərliyi açıqlayır ki, guya, hələ 2011-ci ildə yerli təşkilat Vurğun Əyyubun partiyadan çıxarılması barədə qərar qəbul edib, amma o zaman partiya rəhbərliyi bunu rəsmiləşdirməyib. Bu hadisə özü Müsavatda Nizamnaməyə necə əməl olunduğunu bir daha göstərir. Yerli təşkilatın verdiyi qərarın partiya rəhbərliyi tərəfindən rəsmiləşdirilməsi nə deməkdir? Əgər belə qərar varsa, verilən andan qüvvədədir. Yox, əgər qərar yuxarı orqan tərəfindən ləğv olunubsa, onda necə varsa, elə demək lazımdır. Çox qəribədir ki, bu gün partiyada yığılan üzvlük haqlarını “yeyənlər”, üzvlük haqqı verməyənləri kənarlaşdırırlar”.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.