banner
banner

Gündəm

İcra başçısı olmayan rayonlar - Siyahı

İcra başçısı olmayan rayonlar - Siyahı

Hazırda Azərbaycanda 5 rayonun icra başçısı vəzifəsi boşdur.

Cia.az xəbər verir ki, sonuncu dəfə oktyabrın 5-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.

İ.Mustafayev 2018-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

İcra başçısı olmayan rayonlardan biri Bakı şəhərinin Nizami rayonudur. Ölkə başçısının ötən ilin iyulun 11-də imzaladığı sərəncama əsasən, Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Həmçinin, mayın 22-də Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı postundan, avqustun 20-də Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, aprelin 29-da Rövşən Elmidar oğlu Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər.

Prezidentin digər sərəncamı ilə Rövşən Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boşdur. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.