banner
banner

Dünya

“Ukrayna “Bayraktar”dan qanunsuz şəkildə istifadə edir” - Putin

“Ukrayna “Bayraktar”dan qanunsuz şəkildə istifadə edir”

“Rusiya Ukraynanın şərqindəki münaqişədə tərəf deyil”.

Cia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkə mediasına verdiyi müsahibəsində deyib.

“Minsk razılaşmalarında Rusiyanın münaqişə tərəfi olduğu deyilmir, biz heç vaxt bununla razılaşmamışıq və razılaşmayacağıq”, - deyə Putin qeyd edib. 

 

Bununla yanaşı, V. Putin Ukrayna tərəfindən Donbassda “Bayraktar” pilotsuz uçuş aparatlarından istifadə olunmasına da münasibət bildirib.

Onun sözlərinə görə, Ukrayna rəhbərliyi tərəfindən “Bayraktar” PUA-larından istifadə olunması Minsk razılaşmalarını (Minsk-2) pozur:  “Bu pilotsuz aviasiyadır, lakin münaqişə zonasında tətbiq edilən aviasiyadır. Hansı ki, Minsk razılaşmaları və daha sonrakı razılaşmalarla münaqişə zonasında istifadə olunması ciddi şəkildə qadağandır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.