İttihamlar getdikcə daha da aqressivləşir" - Rusiya XİN
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı və BMT Təhlükəsizlik Şurasının platformalarında Avro-Atlantik həmrəyliyinə bağlı ölkələr, onların müştəriləri və vəkilləri SSRİ-nin keçmiş hərbi-texniki proqramının bir hissəsini gizlətdiyini iddia edərək, Rusiyaya qarşı sübuta yetirilməmiş ittihamlarla daha da aqressiv davranmağa başlayıblar.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
“Böyük Britaniyanın rəhbərlik etdiyi “Skripal işi” və Aleksey Navalnının zəhərlənməsi iddiası yenidən aktivləşdirilir", - deyə məlumatda bildirilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.