Ermənistanda deputat həmkarının qətlində şübhəli bilinən 73 yaşlı keçmiş deputat həbs olunub. "Çiçəklənən Ermənistan" Partiyasından keçmiş deputat olmuş Qoarik Yenokyan mayın 4-də axşam tutulub və müvəqqəti saxlama təcridxanasına göndərilib. "Aykakan Jamanak" qəzeti yazır ki, tutulan şəxs bu partiyanın sabiq başçısı Qaqik Sarukyanın anasının yaxın rəfiqəsidir. 73 yaşlı qadının vəkili Qeqam Akopyan bildirib ki, Q.Yenokyan partiyanın üzvü və deputat olmuş Karo Karepetyanın qətlinin hazırlığında iştirak etmək iddiası üzrə həbs olunub. "Karo Karapetyanın öldürülməsi planının Qoarik Yenokyan tərəfindən hazırlanmasını əsaslandıran versiya varmı" sualına vəkil belə cavab verib: "Bu, uydurulmuş versiyadır və heç bir əsas və real fakt yoxdur." "Çiçəklənən Ermənistan" Partiyasının sədri Naira Zoqrabyan ötən gecə təcridxanada saxlanılan Q.Yenokyana baş çəkib. O deyib ki, yaşlı insanı yüksək təzyiq altında həbs ediblər. İndi, o, həkimlərin nəzarəti altındadır. Mən həbs qərarının doğru saymıram. Onun azadlığa buraxılması üçün hökmən müraciət edəcəyik.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.