banner
banner

Gündəm

Təndirxana qurbanları: 13 qadın və qızın şübhəli ölümü...

Təndirxana qurbanları:

Asya Akbulut, Nazimə Salan, Aslı Ebinç, Fatmanur Tosun, Necla Nazlıcan, Leyla Bədir, Makbulə Hazan, Elif Arman, Kadriyə Çırak, Zeynəb Almanar, Sevcan Dolan, İclal Tavukçu, Rəbiyə Saba. Bu adlar Türkiyədə son iki ay ərzində silahla və asaraq özünü öldürmüş qadın və qızların adlarıdır.
Türkiyənin Van bölgəsində 2 ay ərzində 13 gənc qadın bir-birinin ardınca şübhəli şəkildə dünyasını dəyişib. Mart-aprel ayında baş verən ölümlər intihar və qəza hadisəsi kimi qeydə alınıb. 
Lakin qadın təşkilatlarının nümayəndələri və sosioloqlar qızların özlərini öldürməsini gizli cinayət kimi dəyərləndirirlər. Çünki ailələrdə intihara sürükləyən səbəblər az deyil.
13 şübhəli ölümü araşdıran nümayəndələr hər evdə eyni cümlə ilə qarşılaşıb: “Heç bir problemi yox idi”. Ancaq, yerli qadın təşkilatları problemin olduğunu, ölüm faktlarının hər birinin bilavasitə bir cinayət olduğunu bildirir. İntihar etmiş qadınların içində 13-15 yaşında ərə veriləni də var, təhsil alma imkanı əlindən alınanı da... 

Əslində silsilə intiharların ilki 10 fevralda baş verib. Van Yüzüncü İl universitetinin tələbəsi qaldığı qızlar yataqxanasının 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Ağır yaralanan 19 yaşlı qız həkimlərin köməyilə sağ qaldı. Bu universitet tələbəsi həyata döndü, ancaq "intihar" deyilən qadın və qız uşaqlarının şübhəli ölümlərinə sanki bir cığır açdı. Sadəcə son 2 ayda mətbuata sızan 13 intihar hadisəsində cəsədlərin 8-i asılmış, 5-i silahla vurulmuş halda tapılıb. Bu ölümlərin 4-ü Van mərkəzindən 60 kilometr aralıda yerləşən Özalp rayonunda qeydə alınıb. 
Bu qadınların əksəriyyətinin ölüm yeri təndirxana olub. Onlar intihar etmək üçün ən sakit yer olan təndirxananı seçiblər. 

Leyla 8-ci sinifdən sonra məktəbə getmək istəməyib. Anasının və bacısının sözlərinə görə özü oxumaq istəməyib. İntihar etdiyi gün anası ilə söhbət edib. 11-ci uşağa hamilə olan anası qızına yuxuda öz qəbrini qazdığını gördüyünü danışıb. Leyla anasının yuxusunu dinlədikdən sonra, sakitcə təndirə gedib və özünü asıb.

Leylanın atası qızının ölümündən 2 gün əvvəl öz evlərinin təndirxanasında asaraq intihar edən 25 yaşlı Kədriyə Çırakın yasına getmişdi. Evə döndüyündə bu intihardan çox danışıb. Ailə Leylanın bu söhbətlərdən təsirlənmiş ola biləcəyini söyləyir. Evin az qala bütün iş yükünü çiyinlərinə alan Leyla, 11-ci uşağını dünyaya gətirmək üzrə olan anasının halına çox acıyırmış. "Sən xəstəsən, işləyə bilmirsən" deyirmiş. Anası deyir ki, son günlər pəncərədən çölə, dağlara doğru baxırmış...

Kadriyə Çırak 25 yaşında idi. Lisey məzunu idi. Ailə kasıb yaşamayıb, hətta yaşadıqları kənddə zəngin ailə kimi tanınırlar. Özünə aid otağı, kitabları, bir sözlə hər şeyi varmış. Anasının dediyinə görə, son zamanlar "çox sıxılıram" deyirmiş... 

27 yaşlı Asya Akbulut Gürpınar rayonunda yaşayırdı. O da özünü təndir bişirdikləri yerdə asıb öldürmüşdü. İntihar hadisəsi martın 6-da baş vermişdi. Uşaq yaşlarında əmisinin oğluna ərə verilən Asya, illərdir zorakılıq görüb. Başqa şəhərdə işləyən əri, evə müəyyən vaxtlarda gəlirmiş. Ərindən təcavüz görən gənc qadın ata evinə geri dönmək istəsə də, ailə buna qarşı çıxıb. Atasının “Bura gəlirsə öldürərəm” dediyini eşidib. Anası isə “Atan əminlə dava edər, bir birini öldürərlər. Səbəb də sən olarsan" deyib.

Ölümündən iki gün əvvəl də ata evinə gedib, amma ər evinə geri qaytarılıb. Bir daha evdən qaçmasın deyə, ər evində bağlı qapı arxasında saxlanılıb. Pəncərədən tullanıb qaçmağı bacarıb, cansız bədəni təndirxanada asılı halda tapılıb. 

Ölmüş qadınların evlərini ziyarət edən qadın dərnəklərinin üzvləri və sosioloq deyirlər ki, qızları intihar edən ailə üzvlər sanki rahatlanmış kimi görünürdülər...

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.